Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bələdiyyələr ləğv olunsun, 50 milyon manat xərcləməyə dəyərdimi? - EKSPERT

Yayınlanma tarixi: 25.12.2019 11:22:06

"Çox səmimi deyirəm, son seçkilər də göstərdi ki, Azərbaycanda bələdiyyələrə ehtiyac yoxdur”.

"Çox səmimi deyirəm, son seçkilər də göstərdi ki, Azərbaycanda bələdiyyələrə ehtiyac yoxdur”.

Sfera.az-a açıqlamasında bu sözləri son bələdiyyə seçkilərində seçici iştirak faizinin az olmasına münasibət bildirərkən hüquqşünas Ələsgər Məmmədli deyib:

"Praqmatik olmaq lazımdır. Bələdiyyə seçkilərinə hardasa 50 milyon manatdan çox vəsait sərf olundu. Amma bələdiyyələrin bir illik ümumi büdcəsi 20 milyon manatdır. Təyin olunmuşların təyinatı fonunda daha bir təyinatlı quruma nə ehtiyac var? Boş-boşuna xərc yaradan, heç bir effekti olmayan bir qurumun mövcudluğu mənasızdır. Yerli icra strukturları varsa, artıq bələdiyyələr olmamalıdır. Azərbaycanda bələdiyyələr mənasız qurumlardır. Bu qurum ləğv olunmalıdır”.

Yuxarı