Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bəhreyn xalqı "14 fevral inqilab günü"nü etirazlarla qeyd edir - VİDEO

Yayınlanma tarixi: 14.02.2018 15:19:28

14 fevral Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı keçirdiyi etiraz aksiyalarının başlanğıcının ildönümüdür

İslamazeri.com xəbər verir ki, 14 fevral Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı keçirdiyi etiraz aksiyalarının başlanğıcının ildönümüdür.

Bəhreyn inqilabının başlanğıc tarixi olaraq qəbul edilən 14 fevral yaxınlaşdıqca xalqın etirazları və dinc aksiyaları izdihamlı və qərarlı şəkildə davam edir.  Dünən gecə və bu gün də nümayişlər keçirilib. 


Amerikanın Bəhreyndə yerləşən hərbi bazasında təhlükəsizlik tədbirləri ən üst səviyyəyə çatdırılıb.

Küçələrdə etirazçılarla polis arasında insidentlər hələ də davam edir.

İran mediası yerli mənbələrə istinadən yaydıqları məlumatlara görə, Bəhreynin təhlükəsizlik qüvvələri Əl-Əkr məntəqəsində aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazlardan istifadə ediblər. Bununla yanaşı, onlar silahlarından atəş də açıblar.

Yuxarı