Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

BDU rektorunun müşaviri işdən çıxarılıb

Yayınlanma tarixi: 15.03.2019 11:17:38

Bakı Dövlət Universiteti (BDU) rektorunun müşaviri işdən çıxarılıb.

Bakı Dövlət Universiteti (BDU) rektorunun müşaviri işdən çıxarılıb.

“Report”un əldə etdiyi məlumata görə, müvafiq əmrlə kimya elmləri doktoru, professor İsmayıl Əliyev ali məktəb rektorunun ümumi məsələlər üzrə müşaviri vəzifəsindən azad edilib.

Onun işdən çıxarılması bir neçə gün əvvəl olub və bununla bağlı əmri həmin dövrdə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıb.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ildən bu vəzifədə çalışırdı. Onu müşavir vəzifəsinə BDU-nun həmin dövrdə rektoru olmuş akademik Abel Məhərrəmov təyin etmişdi.

İ.Əliyev BDU redkorunun müşaviri olmaqla yanaşı, universitetin Həyat fəaliyyəti təhlükəsizliyi kafedrasının müdiri vəzifəsini də tuturdu. O, hazırda kafedra müdiri vəzifəsində çalışır.

Image result for BDU rektorunun müÅŸaviri iÃ…ŸdÉ™n çıxarılıb

Yuxarı