Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bayram öncəsi qiymətlər nə qədər artıb - ekspert açıqladı

Yayınlanma tarixi: 14.03.2019 16:58:07

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il bayram mallarının qiymətlərində 8 faizlik artım müşahidə olunur

“Hər il olduğu kimi bu il də bayram ərəfəsində qiymətlərin artmasını müşahidə edirik”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il bayram mallarının qiymətlərində 8 faizlik artım müşahidə olunur:

“Dövlət tərəfindən tənzimlənməyən qiymətlərə hansısa məmurun müdaxilə etməsi doğru deyil. Bazarda olan məhsulların qiymətini alıcılar və satıcılar müəyyən edir. Onu da bildirim ki, bayram ərəfəsində tələb təklifi üstələdiyindən keyfiyyətsiz məhsulların həcmi də artır. Əhalinin gəlirləri artdıqca qiymət artımı tendensiyası da davam edəcək. Təəssüfləndirici məqamlardan biri də vətəndaşlarımızın yerli məhsullara olan inamsızlığıdır. Bunda sahibkarların da rolu var”.

 

Yuxarı