Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Baş Prokurorluqdan Gəncə şəhər sakininin döyülərək qətlə yetirilməsi barədə yayılan xəbərlərə reaksiya

Yayınlanma tarixi: 11.09.2019 19:35:31

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlara Baş Prokurorluq münasibət bildirib

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun olmadığından Baş Prokurorluq tərəfindən təkzib edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildirilib ki, 2015-ci il aprelin 15-də Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq üç gün ərzində saxlayıb dəfələrlə zorlayıb, həmçinin zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla videoçəkiliş aparıb.

Həmin il aprelin 18-də Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədilə onu qətlə yetiriblər.

 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 26 fevral tarixli hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.

Yuxarı