Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Baş prokurordan məni təmizə çıxarmasını istəməmişəm - Tramp

Yayınlanma tarixi: 07.11.2019 23:37:12

Washington Post Trampın müşavirlərinə və məsələ ilə yaxından tanış olan insanlara istinadən bildirib ki, Tramp son həftələrdə Barrın mətbuat konfransı keçirməsini istədiyini deyib.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə günü baş prokuror Vilyam Barrı mətbuat konfransı keçirərək, onu Trampın iyul ayında Ukrayna prezidenti ilə telefon danışığı zamanı qanunsuz heç nə etmədiyini deməyə çağırdığını inkar edib.

The Washington Post qəzeti Trampın Barra bununla bağlı Ağ Ev Trampın Zelenski ilə telefon danışığının transkriptini yaydığı zaman tələb irəli sürdüyünə, Barrın isə bu tələbi rədd etdiyinə dair xəbər verib. Həmin telefon danışığında Tramp Volodimir Zelenskini Demokrat namizəd Co Baydenlə bağlı təhqiqat aparmağa çağırıb.

Ədliyyə Nazirliyi bəyanat yayaraq, həmin telefon danışığında heç bir kampaniya maliyyə qanununun pozulmadığına və bununla bağlı əlavə tədbirlərin görülməsinin zəruri olmadığına dair bəyanat yayıb.

Washington Post Trampın müşavirlərinə və məsələ ilə yaxından tanış olan insanlara istinadən bildirib ki, Tramp son həftələrdə Barrın mətbuat konfransı keçirməsini istədiyini deyib.

Tramp çərşənbə günü Tvitterdə Washington Post-da yer alan xəbəri inkar edərək onu, “növbəti saxta xəbər” adlandırıb.

Trampın Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığı ilə bağlı şikayət nəticəsində Nümayəndələr Palatasında Tramp üzərində onun Zelenski Baydenlə bağlı korrupsiya təhqiqatı aparmayanadək Ukraynaya hərbi yardımı dayandırıb-dayandırmadığını müəyyən etmək üçün impiçment araşdırması başladılıb.

Tramp yanlış hərəkət etdiyini inkar edib və Zelenski ilə telefon danışığını “qüsuruz” adlandırıb. Trampı müdafiə edən Respublikaçı qanunvericilər deyir ki, Ukraynaya hərbi yardımın dayandırılması iki tərəf arasında razılığın olduğunu sübut etmir.

Yuxarı