Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Baş nazir kimi namizəd göstərildi; Saakaşvili ölkəsinin liderliyinə qayıda biləcəkmi?

Yayınlanma tarixi: 07.09.2020 15:29:38

“Güc Birlikdədir” müxalifət bloku 2018-ci ildə yaradılıb və 11 müxalifət partiyasından təşkil olunub.

İslamazeri.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” və “Güc Birlikdədir” tərəfindən baş nazir postuna namizədliyi irəli sürülüb.

Qeyd edək ki, “Güc Birlikdədir” müxalifət bloku 2018-ci ildə yaradılıb və 11 müxalifət partiyasından təşkil olunub.

“Mixail Saakaşvili Gürcüstana qayıtmalı və öz xalqı ilə üz-üzə dayanmalıdır. Məhz buna görə də “Vahid Milli Hərəkat” və birləşmiş müxalifət onun baş nazirliyə namizədliyini irəli sürmək qərarını qəbul edib”, - deyə hərəkatın lideri Qriqol Vaşadze bildirib.

Xatırladaq ki, Gürcüstanda Saakaşviliyə qarşı cinayət işi açılıb və o, qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Yuxarı