Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bakının daha iki məktəbində əyani dərslər bərpa edilib

Yayınlanma tarixi: 25.11.2021 14:44:39

Bakıda koronavirus səbəbindən distant təhsilə keçən iki məktəbdə əyani dərslər yenidən bərpa olunub.

Paytaxtdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə İslamazeri.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır.

Yuxarı