Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bakının bu küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılır

Yayınlanma tarixi: 27.11.2021 13:35:10

Hazırda qeyd edilən ərazilərdə yol patrul xidməti əməkdaşları nizamlıyıcı qismində xidmət apararaq, nəqliyyatın hərəkətini istiqamətləndirir.

"Noyabrın 27-i saat 8:00-dan noyabrın 28-i saat 18:00-a kimi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq".

İslamazeri.com xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Bağırov tunelində hərəkət tamamilə dayandırılıb: "Ona görə də Heydər Əliyev prospektində hərəkət yalnız üzü şəhər istiqamətində baş tutacaq. Belə ki, bu yolda hərəkət 5 saylı ASAN Xidmətin qarşısından keçməklə birbaşa Heydər Əliyev prospekti şəhər istiqaməti ilə orta zolağa yönəlib.

Həmçinin Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsindən üzü mikrorayon və Memar Əcəmi metrostansiyası istiqamətinə gedən körpüdə də hərəkət tam məhdudlaşdırılıb. Burada sürücülər müvəqqəti olaraq, yalnız tunellə hərəkət edə bilərlər. Həmçinin əskinə getmək istəyənlər də körpüyə daxil olmadan sağ zolaqla hərəkət etsinlər.

Hazırda qeyd edilən ərazilərdə yol patrul xidməti əməkdaşları nizamlıyıcı qismində xidmət apararaq, nəqliyyatın hərəkətini istiqamətləndirir. Vətəndaşlardan xahiş edirik ki, mümkün qədər adı çəkilən küçə və prospektlərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əvvəlcədən hərəkət istiqamətlərini düzgün qiymətlnədirib, hərəkətlərinə davam etsinlər".

Yuxarı