Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bakıda sürücü yol polisinin avtomobilini baltalayıb

Yayınlanma tarixi: 17.07.2017 16:13:09

Onun hadisə törədərkən sərxoş vəziyyətində olduğu bildirilir.

Bakıda yol polisinin saxladığı sürücü müqavimət göstərib.

İslamazeri.com Lent.az-a istinadən xəbər verir ki, gecə saat 01:30 radələrində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 dövlət nömrə nişanlı xidməti “BMW” “VAZ 21011” markalı, 01 BR 911 nömrəli avtomobili saxlayıb.

Polis əməkdaşları sürücünü müayinədən keçməyə dəvət edib. Bu zaman həmin avtomobili idarə edən Fərid Şükürov etiraz edib. Polisin tələbinə tabe olmayan sürücü müqavimət göstərib və daha sonra avtomobilindən balta götürərək yol polisinin “BMW”-sinə zərbələr endirib.

Onun hadisə törədərkən sərxoş vəziyyətində olduğu bildirilir.

Hadisə yerinə post-patrul xidmətinin əməkdaşları gəlib və müqavimət göstərən şəxs saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Yuxarı