Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bakıda pişik balası uşağın ölümünə səbəb oldu

Yayınlanma tarixi: 23.08.2019 12:38:36

Sabunçu rayonunun Maştağa qəsəbəsində səkkiz yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Sabunçu rayonunun Maştağa qəsəbəsində səkkiz yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bu barədə Oxu.Az-a Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Məlumata əsasən, bədbəxt hadisə "Ləhic bağları" adlanan ərazidə, 473 nömrəli yaşayış evinin qarşısındakı transformatorun yaxınlığında baş verib.

 Hadisə nəticəsində 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərov vəfat edib.

Polislərin bildirdiyinə görə, axşam saatlarında uşaq pişik balasını yedirdərkən, heyvan qaçaraq transformatorun arxasına girib. Ələkbər pişiyi götürmək üçün özünü transformator və qaz borusunun arasına saldıqda onu cərəyan vurub. Nəticədə, uşaq yanıb, onun həyatını xilas etmək mümkün olmayıb.

Ə.Ələkbərov bu il ikinci sinfə gedəcəkdi.

Yuxarı