Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bakıda gecə ərzində daha iki piyada vuruldu

Yayınlanma tarixi: 13.01.2020 09:28:22

Bakıda baş vermiş yol-nəqliyyat hadisələri zamanı 2 piyada xəsarət alıb.

Bakıda baş vermiş yol-nəqliyyat hadisələri zamanı 2 piyada xəsarət alıb.

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş vermiş qəzada yolu keçən 1989-cu il təvəllüdlü Sadıqova Esmira Təmraz qızı xəsarət alıb.

Hadisəni törədən sürücü ərazidən yayınıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona çanaq oynağının əzilmiş yarası diaqnozu qoyulub.

Digər hadisə Nəsimi rayonunda qeydə alınıb.

Göy Məscidin yaxınlığında baş verən qəzada 1997-ci il təvəllüdlü Əliyev Elvin Mübariz oğlu yaralanıb.

Gənc 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona sağ bud sümüyünün çıxığı, üz sümüklərinin sınığı və açıq kəllə beyin travması diaqnozu qoyulub.

Hər iki faktla bağlı rayon polis idarələrində araşdırma aparılır. (oxu.az)

Yuxarı