Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bakıda BMV yüksək sürətlə "Park İNN" otelin qapısına çırpıldı - FOTO

Yayınlanma tarixi: 02.12.2019 08:45:40

Bu gecə Bakıda daha bir ağır yol qəzası baş verib.

Bu gecə Bakıda daha bir ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb. Belə ki, 99-UX-894 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən əvvəlcə “Audi” markalı maşına daha sonra “Ford” markalı nəqliyyat vasitəsinə dəyib.

İdarəteməni itirən sürücü nəqliyyat vasitəsini “Park İNN” otelinin giriş qapısına çırpıb. Qəza nəticəsində “BMW”nin sürücüsü ağır xəsarət alıb. Avtomobillərə və otelə ciddi ziyan dəyib. “BMW” markalı avtomobil isə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Qalereya

img
img
img
Yuxarı