Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bakıda ardınca polisə bıçaqlı müqavimət göstərilən silahlı atışmaya generalın deputat qardaşından reaksiya

Yayınlanma tarixi: 15.05.2019 18:05:48

Deputat bildirib ki, hələ bir neçə il bundan əvvəl İsa Əzizovun hərəkətləri ilə bağlı açıqlama verib

Millət vəkili Adil Əliyev "Qafqazinfo”ya onun və Məhərrəm Əliyevin bacısı nəvəsi və qohumları kimi təqdim olunan İsa Əzizovla bağlı açıqlama verib.

Deputat bildirib ki, hələ bir neçə il bundan əvvəl İsa Əzizovun hərəkətləri ilə bağlı açıqlama verib:

"Yanacaqdoldurma məntəqəsində hadisə baş verəndə biz bildirdik ki, sözügedən şəxs bacımızın nəvəsi deyil, dayımızın nəvəsidir. Və onun hərəkətlərinə görə biz cavabdeh deyilik. Bu qədər uzaq qohumu Məhərrəm Əliyevin az qala ailə üzvü kimi təqdim etmək və onun adına bağlayaraq xəbəri tirajlamaq doğru deyil. Əgər onun hərəkətlərinə himayədarlığı Məhərrəm Əliyev və mən etsəydim bu yerinə düşərdi. Bu hadisəyə görə 4-5 nəfər həbs olunub, onların içərisində yalnız İsa Əzizovun adı xəbərə çevrilibsə, bu Məhərrəm Əliyevə çamur atmaq niyyətindən xəbər verir. Məhərrəm Əliyev və mən cinayətkarlığa qarşı daim mübarizə aparan adam olmuşuq. Onun hərəkətlərini də hər zaman pisləmişik, xahişini heç kəsdən etməmişik və bu hadisəyə görə də İsa da digərləri kimi qanun qarşısında cavab verəcək."

Yuxarı