Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bakı metrosunda intihar həyəcanı: Gənc özünü reyslərin üzərinə atdı

Yayınlanma tarixi: 17.07.2017 17:25:24

Bakı metrosunda gənc oğlan özünü qatarın altına atıb.

İslamazeri.com-un Unikal.org-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində "Bakı Metropoliteni”nin "Ulduz” stansiyasında qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında gənc oğlan qatar gələn zaman özünü reyslərin üzərinə atıb. Xoşbəxtlikdən qatarı dərhal saxlamaq mümkün olub. Xətdəki gərginlik kəsildikdən sonra sərnişin qatarın altından çıxarılıb.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev unikal.org-a bildirib ki, hadisə bu gün saat 15:50 radələrində baş verib: "1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu özünü reyslərin üzərinə altıb. Maşinistin sayıqlığı, operativliyi nəticəsində qatarı dərhal saxlamaq mümkün olub və hadisə nəticəsində vətəndaş sağ qalıb. O, hər hansı bir xəsarət almayıb. Tamerlan Ələsgərli polisə təhvil verilib. Qatarlarların hərəkət intervalında hər hansısa gecikmə yaranmayıb”.

Yuxarı