Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

“Bakı Bus”un yenə qapısı qırıldı: səbəbi... - FOTO

Yayınlanma tarixi: 12.10.2018 12:20:45

Bu gün “Bakı Bus”a məxsus daha bir avtobus ön qapısı qırıq vəziyyətdə hərəkət edib.

Bu gün “Bakı Bus”a məxsus daha bir avtobus ön qapısı qırıq vəziyyətdə hərəkət edib. Günün pik saatlarında yaşanan bu hadisə sərnişinlərin etirazına səbəb olub. Onlar bildiriblər ki, tez-tez müşahidə olunan bu hala səbəb ön qapının bir layının daimi bağlı saxlanılması üçün edilən müdaxilədir.

Sərnişinlər bununla bağlı Bakı Bus MMC-yə dəfələrlə şikayət etmələrinə baxmayaraq, problemin həll edilmədiyini deyiblər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, məsələ araşdırıldıqdan sonra səbəbləri barədə konkret fikir söyləmək olar:

“Əvvəlcə qapının niyə o hala düşməsini araşdırmaq lazımdır. Buna səbəb texniki nasazlıq və ya sərnişinlərin avtobusa daxil olan zaman yaratdığı sıxlıq ola bilər. Səbəb nə olur-olsun, problem qısa vaxtda həll olunacaq. Bu kimi hallar marşrut xəttinin fəaliyyətinə təsir edən ciddi məsələ deyil”.

Qurum rəsmisi “Bakı Bus”un dövlət büdcəsi hesabına alınan konfortlu və rahat avtobuslarının ön qapılarının yalnız bir layının tez-tez sıradan çıxmasının səbəbi kimi avtobusa sərnişinlərin ön qapıdan daxil olmalarını göstərib. O, “Bakı Bus”a məxsus digər avtobusun bir müddət əvvəl qapısının qırılmasına da sıxlığın səbəb olduğunu xatırladıb.

Problemin səbəblərindən danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, “Bakı Bus” avtobuslarının ön qapısının bir layının daimi bağlı saxlanılmasının yaratdığı narahatlıqlar var və bunun səbəbkarı həm də sərnişinlərdir:

“Sərnişinlər ictimai nəqliyyatda davranış qaydalarına riayət etsə, nizam-intizam mədəniyyəti formalaşsa, yəqin ki, “Bakı Bus” avtobusa giriş üçün nəzərdə tutulan ön qapının bir layını bağlamaz. Davranış qaydaları hamı tərəfindən pozulur”.

Qeyd edək ki, bundan öncə də “Bakı Bus”a məxsus yeni və konfortlu avtobuslarda ön qapının məhz bağlı saxlanılan layının qırıldığı hallar müşahidə olunub. Bəziləri bunu şirkət tərəfindən avtobusa edilən kənar müdaxilənin nəticəsi olduğunu hesab edir.

“Bakı Bus” sərnişinlərin avtobusa minərkən ödənişdən yayınmasının qarşısını almaq üçün ictimai nəqliyyat vasitələrinin ön qapısının bir layını bağlayıb.

Yuxarı