Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

"Azəriqaz": "Smart-kart tipli sayğacların istismarı dayandırılacaq"

Yayınlanma tarixi: 14.01.2022 14:56:16

"Yaxın gələcəkdə, növbəti bir-iki ilə artıq smart-kart tipli sayğacların alınmasını dayandıracağıq", - R. Əliyev bildirib.

Yaxın bir neçə il ərzində "Azəriqaz" İstehsalat Birliyi əvvəlcədən ödənişli smart-kart tipli sayğacların alınmasını dayandıracaq.

İslamazeri.com xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "Azəriqaz" hələ smart-kart tipli sayğaclardan imtina etməyib və 2022-ci ildə 80 min bu tipli sayğacın alınması nəzərdə tutulub.

"Yaxın gələcəkdə, növbəti bir-iki ilə artıq smart-kart tipli sayğacların alınmasını dayandıracağıq", - R. Əliyev qeyd edib.

Qeyd edək ki, "Azəriqaz" sonradan ödənişli smart qurğularla təmin olunmuş mexaniki sayğacların quraşdırılmasına başlayıb. Məhz bu sayğaclar artıq smart-tipli sayğaclar sayılır.

Yuxarı