Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Azərbaycanın yeni ombudsmanı seçilib

Yayınlanma tarixi: 29.11.2019 13:51:04

Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Milli Məclisin cümə günü keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçilib.

Səbinə Əliyevanın namizədliyinin lehinə 104 millət vəkili səs verib.

S.Əliyeva Ombudsman kimi deputatlar qarşısında and içib.

Ombudsman vəzifəsinə üç nəfərin namizədliyi irəli sürülmüşdü. Onlar Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.

Buna qədər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili 82 yaşlı Elmira Süleymanova olub. O, 17 il müddətində ombudsman vəzifəsində çalışıb.

Elmira Süleymanovanın ombudsman kimi səlahiyyət müddətinin 2017-ci ildə bitməsinə baxmayaraq, bu günədək yeni ombudsman seçilməmişdi.

Yuxarı