Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Azərbaycanın 27 %-də işıq yoxdur - RƏSMİ

Yayınlanma tarixi: 12.07.2018 18:10:26

"Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.

"Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27 % həcmində məhdudiyyət tətbiq olunub.

İslamazeri.com xəbər verir ki, bu barədə "Azərişıq” ASC-nin yaydığı məlumatda deyilir.

”Azərişiq” ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin - Bakı Metrosu, Heydər Əliyev hava limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar.

"Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir", - deyə məlumatda vurğulanıb.

Yuxarı