Azərbaycanda ötən il yeni doğulan 193 körpəyə Polad adı qoyulub.
Az.shafaqna.com-un Azərbaycan Ədliyyə Nazirliyinə istinadən xəbərinə görə, 2021-ci ildə isə ümumilikdə 38 körpəyə Polad adı qoyulub.
Xatıradaq ki, Azərbaycanda Polad adı ötən ilin iyul hadisələrindən sonra, general-mayor Polad Həşimovun şəhid olmasından sonra daha da məşhurlaşıb.
P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
Qeyd edək ki, Shafaqna General Şəhidlə bağlı iki video layihə hazırlayıb.
General Polad Həşimovla bağlı video
Şəhid general Polad Həşimovun əsgərinə göstərdiyi sevgi ”“ video hekayə