Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Azərbaycanda orta aylıq əməkhaqqı 3% artıb

Yayınlanma tarixi: 14.01.2022 15:19:10

2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 % artaraq 724,1 manat olub.

2021-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 min nəfər və ya 1,2 % artaraq 1704,9 min nəfər olmuş, onlardan 905,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 799,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, muzdla işləyənlərin 19,5 %i təhsil, 18,6 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 %i sənaye, 8,1 %i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,4 %i tikinti, 6,6 %i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %i peşə, elmi və texniki fəaliyyət, 1,8 %i maliyyə və sığorta fəaliyyəti, 13,7 %i isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 % artaraq 724,1 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Yuxarı