Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Azərbaycanda koronavirusa yoluxanların neçə faizi sağalıb, nə qədər aktiv xəstə var?

Yayınlanma tarixi: 6.02.2021 18:00:18

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 (fevralın 5-də 138) yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan İslamazeri.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər (fevralın 5-də 5) vəfat edib.

İndiyədək ölkəmizdə ümumilikdə 231022 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 224961 nəfər müalicə olunaraq sağalıb, 3156 nəfər vəfat edib, aktiv xəstə sayı 2905 nəfərdir.

Son sutka ərzində 6582, hazırkı dövrədək isə 2446300 test aparılıb.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  97.38 faizi sağalıb,  1.26 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların- yəni  231022 nəfərin 1.37 faizi (3156 nəfər) dünyasını  dəyişib.

Yuxarı