Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb

Yayınlanma tarixi: 25.05.2022 11:01:30

Bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov məlumat verib.

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb.

İslamazeri.com xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib ki, hazırda vəkillərin sayı 2 135 nəfərdir.

O qeyd edib ki, bu say daim dəyişir: "Çünki vəkilliyə qəbul olunan, dövlət qulluğuna keçən şəxslər olur. Əminliklə demək olar ki, gələn ay ərzində vəkillərin ayı 2 200 nəfəri ötəcək. Hazırda vəkilliyə namizədlər bütün mərhələlərdən keçib, imtahanı uğurla veriblər, Ədliyyə Akademiyasında kurslar tamamlanıb. Gələn ay ərzində çoxsaylı namizədləri vəkilliyə qəbul edəcəyik".

Sədr deyib ki, vəkil qadınların sayı isə 300 nəfəri ötüb: "Hazırda Qadın Vəkillərin Alyansı yaradılır. Bu gün Rəyasət Heyətinin iclasında Alyansın əsasnaməsi təsdiq olunacaq. Ümid edirəm ki, bu, səmərəli fəaliyyət göstərən qurum olacaq".

Yuxarı