Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Azərbaycanda bir gündə 7 intihar: Beşi həlak oldu

Yayınlanma tarixi: 02.06.2019 20:14:11

Dünən Azərbaycanda 7 nəfər intihara cəhd edib, onlardan 5-i həyatını itirib.

Dünən Azərbaycanda 7 nəfər intihara cəhd edib, onlardan 5-i həyatını itirib.

“Yeni Sabah” bu məlumatı xəbər agentliklərinin yaydığı informasiyalar əsasında təqdim edir.

Saatlı rayonunun Qaralar kəndində 1937-ci il təvəllüdlü Əhədov Əbdülhəsən Abduləli oğlu, Samux rayonunun Eldar kəndində 2000-cı il təvəllüdlü Bəsti Yasin qızı Allahverdiyeva özünü asıb.

İki nəfər gənc oğlan Bakı Bulvarında özünü dənizə atıb, onlardan biri həlak olub.

Saatlıda 73 yaşlı Muradova Umleyla üstünə benzin tökərək özünü yandırıb və xəstəxanada vəfat edib.

Quba rayonunun Qəcərzeyid kəndində 1989-cu il təvəllüdlü Mustafayev Firudin Bəhruz oğlu dərman içirək intihar edib.

İsmayıllı rayonda Mücəftaran kənd sakini 35 yaşlı Ramil Rəcəbəliyev üzərinə benzin tökərək özünü yandırıb. O, ağır yanıq xəsarətləri ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Yuxarı