Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Azərbaycan Ombudsmanı Böyükşəhər və Osmanqazi bələdiyyələrinin sədrləri ilə görüşüb

Yayınlanma tarixi: 14.05.2022 11:20:22

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Türkiyəyə səfəri çərçivəsində Bursa valisi, Bursa Böyükşəhər və Osmanqazi bələdiyyələrinin sədrləri ilə görüş keçirib.

Ombudsman Aparatından "İslamazeri.com"a verilən xəbərə görə, görüşlər zamanı Səbinə Əliyeva Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bununla yanaşı, səfər çərçivəsində imzalanan Anlaşma Memorandumu ilə Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının təsis edilməsinin türkdilli ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından önəmi vurğulanıb.

Yuxarı