Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Azərbaycan klubunun oyunu koronavirus səbəbindən təxirə salınıb

Yayınlanma tarixi: 25.11.2021 15:08:16

Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun “Xilə” - “Baku Fire” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb.

Federasiyadan İslamazeri.com-a verilən məlumata görə, “Xilə” komandası bir neçə oyunçusunun səhhətində narahatlığın yaranması (yüksək temperatur) ilə bağlı quruma müraciət edib.

Bunu nəzərə alan federasiya matçın təxirə salınması barədə qərar qəbul edib. Həmin futzalçılardan koronavirusla bağlı test götürülüb. Hələlik nəticələr açıqlanmayıb.

Qeyd edək ki, görüş noyabrın 26-da keçirilməli idi.

Yuxarı