Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır

Yayınlanma tarixi: 12.07.2018 14:40:10

Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün ilk matçına çıxacaq.

Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün ilk matçına çıxacaq.

Yenicag.az xəbər verir ki, “qırmızı-qaralar” I təsnifat mərhələsində Lüksemburq klubu “Proqres”i qəbul edəcək. Topaz Premyer Liqasının gümüş mükafatçısı matçın favoriti hesab olunur. Bu, eyni zamanda baş məşqçisi Sənan Qurbanovun ilk rəsmi matçı olacaq. Heyətində bəzi dəyişikliklər edən “Qəbələ” doğma azarkeşləri önündə sərfəli nəticə əldə etməyə çalışacaq.

Ötən mövsüm Azərbaycan kubokunu qazanan “Keşlə” turnirdəki digər təmsilçilərimizdən fərqli ilk matçını səfərdə keçirəcək. Yuri Maksimovun yetirmələri I təsnifat mərhələsində Maltada “Baltsan”ın qonağı olacaq. Bu, eyni zamanda “Keşlə”nin hazırkı adı altında ilk avrokubok sınağı olacaq. Qitə səhnəsinə həm “Xəzər Universiteti”, həm də “İnter” kimi çıxan bakılılar yeni adla səfərdən uğurlu nəticə ilə dönmək əzmindədir. Ta Qalidəki oyun həm də Maksimovun bakılılarla avrokubokda debüt görüşü olacaq.

Yuxarı