Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

“Azərbaycan ermənilərin tikdiyi binanı vurub dağıtmalıdır” - Aqil Abbas

Yayınlanma tarixi: 31.08.2019 23:25:06

“Ermənilər Əsgəranda çoxmərtəbəli bina tikirsə, Azərbaycan tərəfi həmin tikilini vurub dağıtmalıdır”.

“Ermənilər Əsgəranda çoxmərtəbəli bina tikirsə, Azərbaycan tərəfi həmin tikilini vurub dağıtmalıdır”.

Bunu millət vəkili Aqil Abbas Azərbaycanın işğal altında olan Əsgəran şəhərində erməni separatçılarının çoxmərtəbəli bina tikməsinə münasibət bildirərkən deyib.

“Azərbaycanda kimsə gedib bir yerdə ayaqyolu tikəndə vurub dağıtmırlar? Bunu da vurub dağıtmalıdırlar. Başqa yolu yoxdur”, - deyə millət vəkili əlavə edib.

Bildirək ki, separatçı erməni rejimi Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan Əsgəran şəhərində çoxmənzilli binalar tikməyə başlayıb.

Erməni nəşrlərin yaydığı məlumata görə, artıq Əsgəranda 3 çoxmənzilli binanın bünövrələri qazılıb və tikinti işlərinə start verilib.

1991-ci ildən separatçı ermənilərin tam nəzarətinə keçmiş Əsgəran şəhəri Bərdə rayon mərkəzindən cəmi 60 km, işğal altındakı Ağdam rayon mərkəzindən isə 13-14 km məsafədə yerləşir. Şəhər XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası ilə məşhurdur. ("Yeni Sabah")

Yuxarı