Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ayətullah Sistaninin mövqeyi Allah Rəsulu və Əhlibeytin xəttidir - Seyid Haşim Heydəri

Yayınlanma tarixi: 10.03.2021 16:09:55

Bunu İraqın Əhdullah İslami Hərəkatının baş katibi, Seyid Haşim Heydəri Ayətullah Sistaninin Papa ilə görüşünə münasibət bildirib

İslamazeri.com "Rasthaber Azərbaycan "a istinadən xəbər verir ki, İraqın Əhdullah İslami Hərəkatının baş katibi, Seyid Haşim Heydəri Ayətullah Seyid Sistaniyə Papa Fransisklə görüşündə göstərdiyi mövqeyə görə təşəkkür edib.

O Ayətullah Seyid Sistaninin Katolik dünyası lideri ilə keçirdiyi görüşünü, xas və pak islami bir mövqe olaraq dəyərləndirərək, bu mövqeyi məmnuniyyətlə qarşladığını bildirib.

İraqın Əhdullah İslami Hərəkatının baş katibi, Seyid Haşim Heydəri Papanın İraq səfəri zamanı Ayətullah Sistanilə görüşü ilə bağlı açıqlama yayaraq deyib: “Ayətullah Sistaninin Papa ilə keçirdiyi görüş və xüsusilə Ayətullah Sistaninin bu görüş zamanı sərgilədiyi pak islami bir mövqe haqqında gündəmə gələnlər böyük önəm daşımaqdadır.

Onun göstərdiyi bu mövqe, zülm ilə mübarizə, böyük güclərin addımları qarşısında durmaq, müsəlman və müstəzəfləri müdafiə, müxtəlif ölkələrdə xalqların çəkdiyi əzab əziyyətlər, şiddət tətbiq etmə, iqtisadi blokada, yurd-yuvasından köçürmək və xüsusilə işğal altındakı torpaqlardakı Fələstin xalqı olmaqla, bölgə xalqlarının çəkdiyi əziyyət haqqında danışmaq Rəbbani fəqihlərin yolunu vurğulamaqdır.

Ayətullah Sistaninin görüşü zamanı dediyi sözlər, sadəcə məzmun olaraq deyil, ölçü olaraq da İmam Xomeyni və Ayətullah Xameneinin yolu və düşüncəsilə üst-üstə düşür  və bu pak İslam yoludur, Allah Rəsulunun (s.ə) və Əhlibeytin (ə) xəttidir.”

Yuxarı