Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ayətullah Sistanidən Fələstinə DƏSTƏK bəyanatı

Yayınlanma tarixi: 12.05.2021 13:59:53

Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani cənablarının Nəcəf şəhərindəki dəftərxanası bəyanat yayıb

İslamazeri.com "Az.shafaqna.com"a istinadən xəbər verir ki, işğalda olan Fələstin torpaqlarında, xüsusi ilə də Əqsa məscidində baş verən hadisələrin və işğalçı İsrail rejiminin hücumlarının ardınca şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani cənablarının Nəcəf şəhərindəki dəftərxanası bəyanat yayıb.
Bəyanatın mətni belədir:
“Bismillahir-Rəhmanir-Rəhim
Şiə mərcəiyyəti bir daha başıuca Fələstin xalqının sionist işğalçılar qarşısındakı şücaətli müqavimət və duruşunu qətiyyətlə dəstəklədiyini vurğulayır.
Həmin işğalçılar yenə çalışırlar ki, işğalda olan Fələstin torpaqlarından daha çoxunu qopasınlar və Fələstin xalqının digər bir hissəsini də şərəfli Qüds diyarından didərgin düşməyə məcbur etsinlər.
Şiə məzhəbinin dini mərcəiyyəti azadlıqsevər xalqları Fələstin millətini onlardan zorla alınmış hüquqlarını geri almaqda dəstəkləməyə çağırır.
Bu günlərdə Əqsa məscidi ətrafında və digər işğal olunmuş Fələstin torpaqlarında müşahidə olunan zorakılıq və şiddətli qarşıdurmalar, şübhəsiz ki, Fələstin xalqının davamlı təcavüz və vəhşicəsinə işğalın qarşsında səlabətli və möhkəm duruşunun göstəricisidir.
Fələstinlilərin bu mübarizəsi göstərir ki, onlar işğal edilmiş torpaqlardakı haqlarından heç bir qiymətə vaz keçməyəcəklər, bu fədakarlıq onlara çox ağır qiymətə başa gəlsə belə.
Allah-Taaladan istəyirik ki, onlara kömək olsun, öz qələbəsini onların köməyi qərar versin. Həqiqətən qələbə hikmət sahibi və mütəal Allah tərəfindəndir”.
29 Ramazan 1442 hq.”

Yuxarı