Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ayətullah İsa Qasim 11 pakistanlı şiəni qətlə yetirən İŞİD-in cinayətini pislədi

Yayınlanma tarixi: 12.01.2021 17:05:41

Bəhreynin nüfuzlu şiə alimi ayətullah Şeyx İsa Qasim İŞİD tərəfindən Pakistanda 11 mədən işçisinin öldürülməsini pisləyib.

İslamazeri.com Az.shafaqna.com -a istinadla xəbər verir ki, din xadimi bütün müsəlmanların terror qruplaşmasına qarşı birləşməsinin zəruriliyini vurğulayıb.

Ayətullah Şeyx İsa Qasim İŞİD-i şərin təcəssümü və İslam təlimlərinin təhrifi adlandırıb. O əlavə edib ki, təkfirçi qruplar günahsız insanların qanını axıdır və müsəlmanlar arasında nifaq toxumu səpir.

Ruhani həm şiələrin, həm də sünnilərin bu “dağıdıcı xəstəliyə” qarşı birləşmələrinin vacibliyini söyləyib.

Xatırladaq ki, ötən həftə İŞİD terrorçuları 11 mədən işçisini oğurlayaraq Bəlucistanda qətlə yetirib. Edamdan öncə fəhlələrin gözlərini və əllərini bağlayıblar.

Yuxarı