Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ayətullah Behiştinin şəhid olmasından 40 il keçir

Yayınlanma tarixi: 28.06.2020 13:34:26

40 il öncə İran İslam Partiyasının binasında törədilən terror aktı ilə 72 nəfər dünyasını dəyişiblər

İslamazeri.com xəbər verir ki, 1981-ci ilin iyun ayının (27)28-də Tehranda İran İslam Respublikası Partiyasının yığıncaq salonunda güclü partlayıcı qurğunun partlaması nəticəsində ölkənin ali məhkəməsinin sədri Ayətullah Muhəmməd Hüseyni Behişti İranın 72 siyasi və dini şəxsiyyəti- dörd nazir, 12 nazir müavini və təqribən 30 parlament üzvü ilə yanaşı terrorçu münafiqlər tərəfindən şəhid edilib. Bu terror aktından artıq 40 il keçir.

Behişti kimdir?

1962-ci ildə İmam Xomeyninin şah əleyhinə başladığı hərəkata qoşulan Doktor Behişti bu hərəkatda xüsusi rola malik şəxsə çevrilir. İşində dəqiqlik, elmi mərifət və iman itiliyi səbəbinə görə Behiştini İranda  İslami koalisiyasının dini rəhbəri seçilir. O iti zəkası ilə xalq və ruhanilik arasında vasitə olaraq kütlənin vəzifələrini onlara çatdırmaqda əvəzsiz işlər görür. Bununla yanaşı gələcəkdə qurulacaq İslam Respublikasının qurulması istiqamətində geniş layihələr işləyir. İslam Respublikasının bu gün də istifadə etdiyi əsas qanunu olan konsitutsiyasını da Doktor Behişti öz qələmi ilə ərsəyə gətirir. Onun faliyyətini yaxından izləyən şah qısa zaman kəsiyində Ayətullah Behiştini həbs etdirərək onu Qumdan sürgün etdirir. Bir müddət Qumdan kənarda məhdud fəaliyyət göstərən Dr. Behişti 1964-cü ildə Ayətullah Burcerdinin istəyi ilə Almaniyaya təbliğə göndərilir. Dr. orada Hamburq məscidini qurur, bir çox kilsə və unversitetlərdə, təşkilatlarda konfranslar keçirir. Bununla yanaşı o Səduyyə Ərəbistanı, Suriya, Türkiyə kimi ölkələrə səfərlər edir. 1969-cu ildə Behişti İraqa gələrək burada sürgündə olan İmam Xomeyni ilə görüşür. Görüşləri zamanı İmam Xomeynidən aldığı təlimatlar üzrə İrana qayıdır. Burada o alimlərin bir təşkilat ətrafında toplaşmaq vəzifəsi ilə çıxış edir. Bu hərəkat ruhanilər və xalqa birlik layihəsinin davamı olaraq Dr. Behiştinin başçılığı altında fəaliyyətə başlayır. Bir il sonra İmam Xomeyninin fətvası əsasında digər ruhanilərin də qatıldığı bu təşkilat "İslami Dirçəliş Hərəkatı" olaraq qurulur. Bununla bərabər Şəhid Behişti hazırladığı  konsitutsiyanın bəzi hissələrinə düzəliş verərək "Vilayəti Fəqih" bölməsin də konsitutsiyaya əlavə edir. Və bu əsas qanunu ümumi kütləyə paylayır. 

Aparılan qanlı və böyük mücadilədən sonra nəhayət ki, 1979-cu ildə İran İslam Respublikası inqilab yolu ilə qurulur. Dr. Behişti  Ayətullah Xamineyi ilə birlikdə İslam Respublikasının Parlamentini təşkil edir. Şəhadətinə qədər də o bu parlamentə başçılıq edir. Əlavə olaraq İmam Xomeyni tərəfindən İnqilab qurulduqdan sonra, 1979-cu ildə  İslam Respublikasının ali məhkəməsinin başçısı təyin olunur. Ən böyük arzusunun Fələstinin Sionist İsrail işğalından qurtarması olan Şəhid Behişti İmam Xomeyninin Ramazan ayının hər son cüməsinin «Ümüdünya Qüds günü» elan edilməsini böyük sevinclə qarşılayaraq bunun bütün dünyada qeyd olunması üçün əlindən gələni edir. 
O xarici siyasətdə nə Qərb, nə Şərq prinsiplərinə dəstək vermirdi. Onun dünya görüşünə əsasən inqilabın təməl prinsipləri demokratiyanın aldadıcı mövcudluğundan haçansa bezib usanacaq, imperalizmin diktator buxovu insanlığı çökdürüb məhv edəcəkdi. Buna görə də o xarici siyasətə İslamın mütləq İslama məxsus baxışını münasib bilir. Bunun üçün isə o Qurana əsaslanan həqiqi İslamın daxili strukturda rəhbər olmasını əsas görür və buna bütün enerjisini sərf edirdə. Kənardan olunan bütün təzyiq və hədələrə baxmayaraq Dr. Behiştinin də xüsusi rolu olaraq bu gün də İrananın dünyaya çıxardığı xarici siyasətini heç bir dövlətin siyasi xəttinə bənzəməz surətdə qura bilir. Tam Quranın baxış bucağını müəyyən edən bu siyasi təfəkkür İranın sonralar da bir çox çətinliklər müqabilində sinə gəlməsinə səbəb olur.

 Bu terror dalğası Behişti və onun simasında olan digərlərini şəhadətə çatdıra bildi, amma qurulacaq dövlətə isə yalnız qanla suvarılmış möhkəm təməl rolundan başqa bir şey edə bilmədi. Ayətullah Muhəmməd Hüseyn Behişti və onun 71 parlament müttəfiqi ilə Tehranda, «Behişti Zəhra (s.ə.)» məzarlığında dəfn olunur.     

Şəhid Behişti kimdir?

Yuxarı