Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

AXCP-nin iki fəalı inzibati həbsə məhkum edilib

Yayınlanma tarixi: 09.10.2019 16:44:32

Oktyabrın 9-da Bakının Nərimanov rayon Məhkəməsi Azərbaycan Xalqı Cəbhəsi Partiyasının (AXCP) fəalları Elzamin Salayev və Elxan Əliyevi 15 sutla inzibati həbsə məhkum edib.

Oktyabrın 9-da Bakının Nərimanov rayon Məhkəməsi Azərbaycan Xalqı Cəbhəsi Partiyasının (AXCP) fəalları Elzamin Salayev və Elxan Əliyevi 15 sutla inzibati həbsə məhkum edib.

AXCP-nin məlumatına görə, AXCP fəalları Milli Şuranın 8 oktyabrda keçirdiyi piketdən bir gün öncə gecə taksidə evə gedərkən saxlanılıb,

“Bu gün məlum olub ki, Nərimanov rayon Məhkəməsi heç kimin xəbəri olmadan proses keçirib və hər birinə saxta ittihamla İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polzisin qanuni tələbinə tabe olmamaq) ilə 15 sutka həbs verib,” məlumatda qeyd edilir.

Milli Şura oktyabrın 8-də Bakı meriyasının binası qarşısında toplaşmaq azadlığının təmin edilməsi tələbilə piket keçirib. Polisin 30-a yaxın fəalı saxladığı bildirilib.

Paytaxt polisinin məlumatına görə, saxlanılanlardan 5 nəfərin barəsində hüquq-mühafizə orqanlarına tabe olmamağa dair inzibati protokollar tərtib edilib və materiallar məhkəməyə göndəriləcək.

Sərxoş vəziyyətdə və üzərində soyuq silah olan bir nəfərin əməlinə hüquqi qiymət veriləcək.

Yuxarı