Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Avstraliyada məsciddə “açıq qapı günü” aksiyası

Yayınlanma tarixi: 10.03.2021 18:08:00

Məscid qonaqları məsciddə ekskursiya həyata keçirə və onları maraqlandıran bütün sualları səsləndirə bilərlər.

Az.shafaqna.com “Islam.ru”-ya istinadən xəbər verir ki, Avstraliyanın Viktoriya ştatının müsəlman sakinləri müxtəlif konfessiyalardan olan insanlarla mehriban münasibətlər qurmaq üçün maraqlı addım atıblar.

Belə ki, müsəlmanların necə ibadət etməsi ilə maraqlanan insanlara müsəlmanların dini ayinlərinə tamaşa edə bilmələri üçün yerli məscid açıq qapı günü təşkil edir.

Məscid qonaqları məsciddə ekskursiya həyata keçirə və onları maraqlandıran bütün sualları səsləndirə bilərlər.

Qeyri-müsəlman ziyarətçilər üçün qonaqlıqlar, uşaqlar üçün isə xüsusi əyləncəvi proqram təşkil edilir.

“Açıq qapılar adətən ağıl və qəlblərin açılmasına səbəb olur” - tədbir bu şüarla keçirilir.

2017-ci ildə başladılmış “Viktoriya ştatının məscidlərində açıq qapı günü” layihəsi hər il keçirilir və bir çox insan həmin günü səbirsizliklə gözləyir.

Viktoriya İslam Şurası (ICV) bu tədbirin bütün ştat boyu keçirilməsinə hər il yardım edir.

Yuxarı