Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Avropalı liberallar müsəlmanları təhqir etdi: “Hicabını a甝 mesajı - VİDEO

Yayınlanma tarixi: 10.06.2019 14:29:27

“Tanış olun, bu, Klaradır. O, müsəlman deyil və yaylıq da örtmür”

İslamazeri.com-un “Sputnik News”-ə istinadən verdiyi xəbərə əsasən, Danimarkanın hakim partiyası “Venstre - Danimarkanın Liberal Partiyası”nın gənclər “qanadı” olan “Liberal gənclik” “inteqrasiya etmiş uğurlu müsəlman qadın” mövzusunda çəkdiyi təbliğat videosu ilə böyük narazılığa səbəb olub.

Həmin videoda danimarkalı müsəlman qadın Əmirə, “azad” və “inteqrasiya olunmuş” qadın, dar losin geyinərək qaçır, kişilərlə romantik münasibətlər qurur və sonda hicabını açır.

Danimarkanın müsəlman icması bu cür təxribatçı video ilə bağlı öz hiddətini bildirib. Videodan müsəlman rolunu oynayan şəxs qeyri-müsəlman olan 22 yaşlı aktrisa Klara-Mariya Ronnebrodur.

“Tanış olun, bu, Klaradır. O, müsəlman deyil və yaylıq da örtmür”, - deyə narazı sosial şəbəkə istifadəçiləri sözügedən videonun şərhində yazırlar.

Maraqlıdır ki, “Liberal gəncliy”-in sədri Yakob Sabro videonun “insanları qəzəbləndirmək” və səs-küyə səbəb olmaq məqəsdi ilə çəkildiyi gizlətmir.

Mød Amira. Hun er ambitiøs, tager ansvar og arbejder hårdt. Hun vil Danmark.

Vi vil et frit samfund - med tørklæde eller uden. Det skal hverken staten eller mørkemænd diktere.

Danmark skal være åbent for folk som Amira, men lukket for dem, der ikke vil Danmark. #dkpol #fv19 pic.twitter.com/gavPFaFz20

”” Venstres Ungdom (@VUngdom) May 28, 2019

Yuxarı