Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

ATƏT XİN Şurasının iclasında Qarabağ müzakirə ediləcək

Yayınlanma tarixi: 25.11.2021 14:20:01

"İclasda Ukrayna, Dnestryanı, Qarabağ daxil olmaqla ATƏT məkanında olan münaqişələrin nizamlanmasının həll yolları müzakirə olunacaq", - deyə Zaxarova bildirib.

Dekabrın 2-3-də İsveçin paytaxtı Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası keçiriləcək.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Rusiya XİN başçısı Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcəyini vurğulayıb. M. Zaxarovanın sözlərinə görə, iclasda Ukrayna, Dnestryanı, Qarabağ daxil olmaqla ATƏT məkanında olan münaqişələrin nizamlanmasının həll yolları müzakirə olunacaq.

Yuxarı