Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

ATƏT nümayəndəsi və beynəlxalq qurumlardan Xədicə İsmayılova ilə bağlı açıqlama

Yayınlanma tarixi: 14.08.2019 12:56:28

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir jurnalist Xədicə İsmayılovanın işilə əlaqədar Azərbaycan Ali Məhkəməsinin qərarı ilə bağlı narahatlığını bildirib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir jurnalist Xədicə İsmayılovanın işilə əlaqədar Azərbaycan Ali Məhkəməsinin qərarı ilə bağlı narahatlığını bildirib.

Məhkəmə X.İsmayılovanın sınaq müddətinin ləğvi barədə vəsatətini təmin etməyib və xaricə səfərə qadağanı aradan qaldırmayıb.

"Ölkədən çıxışın məhdudlaşdırılması jurnalistin hüququnun və peşə fəaliyyətinin ciddi şəkildə məhdudlaşdırılmasıdır", - Dezir Tvitterdəki mikrobloqunda yazıb.

Pen America və Freedom House təşkilatları da Xədicə İsmayılovanın barəsində Ali Məhkəmənin qərarını pisləyən bəyanatlar veriblər.

* Korrupsiya faktlarının araşdırılması ilə tanınan X.İsmayılova 2014-cü ilin dekabrında həbs edilib. Sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 7,5 ilmüddətinə mühakimə edilib. 2016-cı ilin mayında Ali Məhkəmə onun real həbs müddətini beş il sınaq müddəti olmaqla 3,5 il şərti cəza ilə əvəzləyib. 2016-cı ilin avqustunda Bakı Apellyasiya Məhkəməsi sınaq müddətini dəyişməyərək şərti cəzanın müddətini 2 il 3 ayadək azaldıb.(Turan)

Yuxarı