Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

"Apple" şirkəti İsrailin casus proqramları hazırlayan şirkətini məhkəməyə verib

Yayınlanma tarixi: 25.11.2021 11:25:48

Apple şirkəti adı bu ayın əvvəlində Bayden administrasiyası tərəfindən qara siyahıya salınmış İsrailin "NSO Group" casus proqram təminatı şirkətini məhkəməyə verir.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, "Apple" şirkəti "Pegasus" casus proqram təminatının istehsalçısı olan İsrailin "NSO" şirkətini "Apple" istifadəçilərini hədəfə almaqda və onları izləməkdə ittiham edib.

Çərşənbə axşamı Kaliforniya ştatının federal məhkəməsində qeydə alınan iddiada, Apple İsrail şirkətinin hər hansı Apple proqram təminatından, xidmətlərindən və ya silikon cihazlarından istifadə etməsinə həmişəlik mane olmaq istəyir.

"Hil" xəbər portalının yazdığına görə, bu şikayət, şirkətin "Pegasus" casus proqramı məhsulunu dəyərsiz edə bilər. 

İsrailin "Pegasus" casus proqramı ilk dəfə 2016-cı ildə üzə çıxıb; Hansı ki, Birləşmiş Ərəb Əmirliklərindən olan fəal Əhməd mənsurun mobil telefonu bir sıra qabaqcıl casus proqramları vasitəsilə sındırılıb və ondan sonra Mənsur həbs edilib və indiyədək həbsdədir. 

Yuxarı