Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Amerikalı səlahiyyətli etiraf etdi: Qərbi Asiya post-ABŞ dövrünə daxil olub

Yayınlanma tarixi: 23.03.2019 13:56:07

Hes Qərbi Asiya bölgəsinin indi post-ABŞ dövrü olaraq adlandırıla biləcək dövrə girdiyini ifadə edib.

ABŞ-ın Xarici Əlaqələr Şurası (CFR) düşüncə mərkəzi başçısı Riçard Hes (Richard Haass) Vaşinqton rəhbərliyinin Qərbi Asiya bölgəsində nüfuzunu itirdiyi gerçəyini etiraf edib.

İslamazeri.com xəbər verir ki, Riçard Hes Qərbi Asiya bölgəsində iranlılar, ruslar, səudlar, israillilər - hər kəsin öz işini görməyə başladığını ifadə edib.

Hes Qərbi Asiya bölgəsinin indi post-ABŞ dövrü olaraq adlandırıla biləcək dövrə girdiyini ifadə edib.

CFR rəhbəri ABŞ-ın hələ də Qərbi Asiya bölgəsində terrorla mübarizə, nüvə silahlarının yayılmasının qarşısını almaq, Tel-Əvivi dəstəkləmə və qaçqınların Avropaya axın etmələrinin qarşısını almaq kimi mənfəətlərindən söhbət getdiyini, amma enerjiyə olan asılılığı azaldığını qeyd edib.

ABŞ-ın Qərbi Asiya bölgəsində varlığının gələcəyi haqqında da Riçard Hes ABŞ-ın hələlik bu bölgədən tamamilə çəkilmədiyini qeyd edib.

Yuxarı