Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Alulbeyt Türkiyənin rəhbəri: Seyidimizi dualarınızda unutmayın

Yayınlanma tarixi: 29.06.2020 14:17:42

Alulbeyt Türkiyənin rəhbəri Höccətülislam vəl muslimin Onurşan Rəhmani bu haqda münasibət bildirib

İslamazeri.com "az.shafaqna.com "a istinadən xəbər verir ki, Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristaninin dünən koronavirus testinin müsbət çıxmasından sonra hər kəs öz narahatçılığını bildirib.

Ayətullah Seyid Cavad Şəhristaninin Türkiyədəki təmsilçisi və Alulbeyt Türkiyənin rəhbəri Höccətülislam vəl muslimin Onurşan Rəhmani özünün sosial şəbəkə profilində məlumat paylaşıb.

Paylaşımında deyilir:

“Ayətullahül Üzma Seyid Əli Sistaninin tam yetkili və mütləq vəkili, Beynəlxalq Alulbeyt Təşkilatlarının baş katibi Ayətullah Seyid Cavad Şəhristaninin koronavirus testi pozitiv çıxdığına görə, müşahidə altına alınıb.

Dostlardan dualarında digər xəstələrinizlə birlikdə Seyidimizi də unutmamalarını rica edirik.

Mütəal Allah bütün xəstələrimizə şifa versin!”

Qeyd edək ki, dünən Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristaninin koronavirus testinin pozitiv çıxması ilə bağlı məlumat yayılıb .

Yuxarı