Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

“Alulbeyt”-in Tbilisidəki mərkəzində beynəlxalq müsabiqə keçirildi - FOTO

Yayınlanma tarixi: 25.05.2021 17:59:54

Türkiyənin “Bilge Kadın” Dərnəyinin (BKD) başlatdığı “Müdrik Nəsillər Layihəsi” adlı beynəlxalq müsabiqəyə Gürcüstandan qatılan uşaqlardan “Alulbeyt”in Tbilisidəki mərkəzində imtahan götürülüb.

İslamazeri.com "Shafaqna "-ya istinadən xəbər verir ki, “Alulbeyt Gürcüstan” tərəfindən təşkil olunan bu tədbirdə 33 uşaq canlı, 2 uşaq online iştirak edib.

“Alulbeyt Gürcüstan”ın müəllimləri tərəfindən 35 uşağın dini bilikləri yoxlanılıb.

Müsabiqəyə qatılan bütün uşaqlar soruşulan sualları cavablandırıb və imtahanı uğurla başa vurublar.

“Alulbeyt Gürcüstan”ın rəhbəri Hacı Faiq Nəbiyev bütün iştirakçılara təqdirnamə, həmçinin hədiyyələr təqdim edib.

Tədbir zamanı uşaqlar üçün meyvə və şirniyyat süfrəsi, sonda nahar verilib.

Qeyd edək ki, bu tədbir müsabiqənin birinci etapı idi. Bütün iştirakçılar  püşkatmada iştirak etmə hüququ qazanıblar. Püşkatmada adı çıxanlar isə Kərbəla ziyarətinə göndəriləcəklər.

FOTOLAR

Yuxarı