Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Almaniyada məscidə hücum: “Rədd olun, müsəlmanlar!”

Yayınlanma tarixi: 11.06.2019 14:26:39

Almaniyada islamofob hücumlar davam edir.

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Almaniyanın Kamen şəhərindəki “Əyyub Sultan” məscidi naməlum şəxslər tərəfindən təhqir edilib.

Canilər ibadətgahın divarlarında müxtəlif yazılar, o cümlədən də “Rədd olun” yazıblar.

Məscidin nəzdindəki dini icmanın başçısı Mustafa Kese bildirib ki, yazılar 11 İyun tarixində səhər saatlarında peyda olub.

“Polis araşdırma aparır. Ümid edirik ki, cinayətkarlar yaxın zamanda tutulacaq”, - deyə o qeyd edib.

Bu, artıq, Almaniyada son 2 gündə törədilmiş 3-cü oxşar hadisədir.

Daha öncə isə, naməlum şəxslər Kassel şəhərini mərkəzi məscidinə daşlar atıblar, həmçinin Bremendəki məscidlərdən birində Qurani-Kərimin bir neçə nüsxəsini cırıblar.

Yuxarı