Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Allahşükür Paşazadə Vatikan və Romada tarixi abidələrə baş çəkib - FOTO

Yayınlanma tarixi: 14.01.2022 15:54:31

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunun iştirakı ilə Vatikanda və Romada bərpa olunan abidələri ziyarət edib.

İslamazeri.com xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Pyotr bazilikası və burada dünyaşöhrətli italyan heykəltəraş Mikelancelonun bərpa edilən əsəri ilə tanış olub.

Müqəddəs Pyotr bazilikası italyan intibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Kilsədə ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn olunub. Bura həm də məşhur ziyarətgah və dini mərasimlər yeridir. Buna görə də erkən xristianlıq dövründən etibarən əksər Roma papaları burada dəfn olunub.

Nümayəndə heyəti Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilən “Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü” barelyefinə baxış keçirib.

2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, “Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü” barelyefinin restavrasiya işləri 2020-ci ildə yekunlaşıb. Bu, Heydər Əliyev Fondunun dünya mədəni, tarixi və dini irsinin qorunması, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına önəmli töhfə verən layihələrindən biridir.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Həmin layihələr ölkəmizin ümumbəşəri əhəmiyyətə malik dini-mədəni abidələrə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolunu möhkəmləndirir.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Romada Müqəddəs Sebastian katakombasının Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış yeni muzeyi və restavrasiya edilmiş sarkofaqlarla tanış olub.

Məlumat verilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian katakombalarının bərpası işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılışı mərasimində iştirak edib.

Hazırda muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə restavrasiya olunmuş 150 sarkofaq və ya onların fraqmentlərindən ibarət eksponatlar nümayiş edilir. Eramızın III əsrində həlak olmuş romalı sərkərdə Sebastianın adı ilə adlandırılan Müqəddəs Sebastian sərdabələri dördmərtəbəli məzarlıqda yerləşir. IX əsrədək katakombalar bu məzarlıqda saxlanılıb, daha sonra Müqəddəs Sebastian kilsəsinə daşınıb və hazırda orada mühafizə olunur.

Qalereya

img
img
img
img
img
img
img
img
Yuxarı