Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ali Məhkəmə MTN generallarının işinə baxacaq

Yayınlanma tarixi: 06.11.2019 16:40:18

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı Akif Çovdarov Ali Məhkəməyə müraciət edib.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı Akif Çovdarov Ali Məhkəməyə müraciət edib.

A.Çovdarov barəsində bəraət hökmünün çıxarılmasını istəyib. A.Çovdarovun şikayəti hakim Əziz Seyidovun icraatına verilib və məhkəmə iclası noyabrın 21-nə təyin edilib.

Ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov 2015-ci ildə həbs edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. (trend)

Yuxarı