Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

AKP Gül, Davudoğlu və Babacanı partiyanın 18-ci ildönümü tədbirlərinə dəvət edəcəkmi?

Yayınlanma tarixi: 23.08.2019 16:00:19

Türkiyənin Ədalət və İnkişaf Partiyasının qurulmasının 18-ci ildönümü keçiriləcək

Türkiyənin Ədalət və İnkişaf Partiyasının qurulmasının 18-ci ildönümü keçiriləcək.

İslamazeri.com xəbər verir ki, bu gün keçiriləcək tədbirə eks prezident Abdullah Gül, sabiq xarici işlər naziri Əhməd Davudoğlu və yaxın günlərdə partiyadan istefa edən və vaxtilə baş nazir müavini olmuş Əli Babacan dəvət edilməyib.

Bu haqda Kahramanmaraşdan AK partiyasına millət vəkili seçilmiş Mahir Ünal medianın suallarına cavab verərkən deyib.

O "Özlərini ailədən görməyənlər tədbirə dəvət edilməsini bizdən gözləyə bilməzlər", -deyə bildirib.

Qeyd edək ki, Gül, Davudoğlu və Babacan üçlüyünün yaxın günlərdə partiya quracaqları bildirilir. Həmçinin Gülün bir neçə gün öncə PKK-ya işləməkdə ittiham olunaraq sədrlikləri əllərindən alınan Van, Diyarbəkir və Mardin bələdiyyə sədrlərini müdafiə edərək, "qəyyum" qərarlarını demokratiyaya zidd adlandırmışdı.

Yuxarı