Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

ABŞ sanksiyalarının məngənəsində Türkiyə iqtisadiyyatı - QISA ANALİZ

Yayınlanma tarixi: 26.04.2019 02:22:38

ABŞ-ın Türkiyə iqtisadiyyatını hədəf alan sanksiyalarının nəticəsi olaraq türk lirəsi ABŞ dolları qarşısında böyük miqdarda zəifləyib

ABŞ-ın Türkiyə iqtisadiyyatını hədəf alan sanksiyalarının nəticəsi olaraq türk lirəsi ABŞ dolları qarşısında böyük miqdarda zəifləyib

İslamazeri.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 avqustda verdiyi bəyanatda ABŞ-ın həmlələrini Türkiyəyə elan edilmiş bir "iqtisadi müharibə" kimi qiymətləndirdi. Ərdoğan Türkiyənin alternativsiz olmadığını vurğulayıb və "Vaşinqton tək tərəflilik və hörmətsizlik ardıcıllığını əksinə çevirə bilməsə yeni dost və müttəfiqlər axtarmağa başlayacağıq", - deyib.

ABŞ-ın "iqtisadi müharibə" elan etdiyi yeganə ölkə Türkiyə deyil. ABŞ-ın hədəf taxtasında həmçinin Rusiya, Çin, İran və Venesuela da var. ABŞ-ın maliyyə blokadası ilə mübarizə aparan sözügedən ölkələrdən Türkiyəyə qarşı dəstək açıqlamaları da gəlməyə davam edir.

Digər tərəfdən, ABŞ-ın hədəfində olan ölkələr ABŞ-ın sanksiyalarını cavabsız qoymur. 34 milyard dollarlıq ABŞ məhsuluna 25 faiz gömrük vergisi gətirərək ABŞ-a cavab tədbirləri həyata keçirən Çin kimi, Rusiya da ABŞ-ın daşınan qiymətlərindən xilas olmağa və milli pul vahidindən ödəmələri artırmağa davam edərək cavab tədbirləri görəcəyini açıqlayıb.

Avqustun ilk həftəsində ABŞ-a nümayəndə heyəti göndərən Türkiyədən isə hələ ABŞ-a qarşı sanksiya qərarı gəlməyib. Ancaq yaxın günlərdə Türkiyənin də, Rusiyanın yerli valyutalarla ticarət təşəbbüsünə daxil olması gündəm mövzusu ola bilər

Yuxarı