Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

ABŞ müsəlmanların “halına yandı”: “Ey müsəlmanlar, oyanın!”

Yayınlanma tarixi: 12.06.2019 17:41:45

ABŞ-lı rəsmi uyğur türkləri ilə bağlı danışıb.

İslamzeri.com-un “The Guardian”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın dini azadlıq məsələləri üzrə xüsusi nümayəndəsi Cem Braunbek uyğur müsəlmanlarının Çin tərəfindən kütləvi şəkildə həbs edilməsi məsələsində İslam dünyası ölkələrinin sərgilədiyi sükutla bağlı öz təəccüb və məyusluğunu ifadə edib.

O bildirib ki, bəzi müsəlman ölkələri uyğurlarla bağlı vəziyyət haqda səssiszlik nümayiş etdirir.

O qeyd edib ki, bütün dünyadakı müsəlman xalqlarının Çindəki uyğur müsəlmanlarının vəziyyəti haqda xəbər tutacaqlarına və öz hökumətlərinə təzyiq göstərəcəklərinə ümid edir. Nəticədə də həmin ölkələr “düşərgələrdəki” insanların azad edilməsi tələbi Çinə müraciət edəcəklər.

Yuxarı