Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

ABŞ İrandan əsas istəyini açıqladı: İsrailə...

Yayınlanma tarixi: 09.09.2019 17:00:11

ABŞ Dövlət katibi Mayk Pompeo ölkəsinin heç bir şərt olmadan İran Prezidenti ilə görüşməyə hazır olduğunu təkrarlayıb.

ABŞ Dövlət katibi Mayk Pompeo ölkəsinin heç bir şərt olmadan İran Prezidenti ilə görüşməyə hazır olduğunu təkrarlayıb.

Mayk Pompeo "ABC" televiziyasına verdiyi müsahibədə Vaşinqtonun nüvə müqaviləsindən çıxmasını müdafiə edərək, Donald Trampın iranlı həmkarı ilə görüşə hazır olduğunu bildirib: "İran heç vaxt Trampın hakimiyyəti zamanında  nüvə silahı əldə bilməz. Bizim nüvə müqaviləsində qalmağımız İranın nüvə silahı əldə etməsinə zəmanət verirdi. ABŞ-ın sanksiyalardan çıxması və sanksiyaların geri qaytarılması ilə İran iqtisadiyyatı zəiflədi. İranla müharibə istəmirik. İstədiyimiz budur ki, bu inqilabi ölkə bütün dünyada hərəkətlərini dayandırsın. İsrailə təhlükə yaratmasın".

(eastnews)

Yuxarı