Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

ABŞ: İran nüvə dövləti olmamalıdır

Yayınlanma tarixi: 11.06.2019 14:10:50

ABŞ İranla bağlı bəyanatla çıxış edib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ Dövlət Departamentindən yenidən bəyan ediblər ki, İran nüvə dövləti olmamalıdır.

Ağ Ev Tehranla danışıqlara hazır olduğunu da təkrarən təsdiq edib.

“(İran probleminin) yeganə həlli yeni və daha yaxşı sazişdir. Elə bir razılıq ki, İrandan olan təhdidlərin bütün aspektlərinə şamil edilsin. Bu təhdidlər 12 tələbdə edilib. Prezident (Donald) Tramp və dövlət katibinin (Mayk Pompeo) də dediyi kimi, biz onları müzakirə etməyə hazırıq. İran liderləri bizimlə necə əlaqə quracaqlarını bilirlər”, - deyə Dövlət Departamentinin rəsmisi Morqan Ortaqus bildirib.

Üstəlik o təkrar edib ki, İran özünün çoxsaylı hədələrinə görə məsuliyyətə cəlb edilməlidir, Tehranın nüvə sazişindən çıxacağına dair sözləri isə “səhv istiqamətdə atılmış addımlardır”.

Yuxarı