Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

ABŞ-da qadın məhbusu edam etdilər

Yayınlanma tarixi: 13.01.2021 10:54:49

ABŞ-da təxminən son 70 ildə ilk qadın məhbus edam olunub.

APA-nın “New-York Times”a istinadən verdiyi xəbərə görə, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. 

“52 yaşlı Liza Montqomeri 2007-ci ildə federal jüri tərəfindən yekdilliklə tövsiyə olunan və Missuri məhkəməsi tərəfindən təsdiqlənən ölüm hökmünə əsasən Terre Haut cəzaçəkmə müəssisəsində edam olunub”, - deyə Ədliyyə Nazirliyindən bildirilib.

O, 1953-cü ildən bəri ABŞ-da federal səlahiyyətlilər tərəfindən edam edilən ilk qadındır. 

Qeyd edək ki, Liza Montqomeri 2004-cü ildə 23 yaşlı qadını qətlə yetirib.

Yuxarı